Xidmətlər

Məsləhət
Biz, təşkilatların beynəlxalq ISO standartlarına uyğunluğunun təmin edilməsi, idarəetmə sistemlərinin təkmilləşdirilməsi və dayanıqlı fəaliyyət mexanizmləri qurması üçün peşəkar məsləhət dəstəyi təqdim edirik. Məsləhət xidmətlərimiz aşağıdakı sahələri əhatə edir:
· Beynəlxalq standartlara uyğun idarəetmə sistemlərinin qurulması;
· Təşkilatların beynəlxalq standartların tələblərinə cavab verməsini təmin etmək üçün proseslərin və prosedurların hazırlanması;
· Davamlı inkişaf prinsiplərinin idarəetmə sistemlərinə inteqrasiyası və yerli qanunvericiliklə yanaşı, beynəlxalq tələblərə uyğunluğun təmin edilməsi.;
· Təşkilatın fəaliyyətində potensial risklərin müəyyənləşdirilməsi, azaldılması və əməliyyat proseslərinin optimallaşdırılması üçün strateji yanaşmalar;
· Daxili və xarici auditlərin daha effektiv keçirilməsi üçün məsləhətlər və uyğunluq meyarlarının dəqiq müəyyən edilməsi;
· İdarəetmə Sistemlərinin Sertifikastlaşdırılması üzrə orqanların seçiminə dair məsləhət xidməti.
Primera Consulting MMC-nin təcrübəli işçi heyəti, hər bir müştərinin spesifik ehtiyaclarını nəzərə alaraq fərdi yanaşma təmin edir. Məqsədimiz, yalnız sertifikatlaşdırmanı təmin etmək deyil, həmçinin təşkilatınızın fəaliyyətini davamlı olaraq təkmilləşdirmək və beynəlxalq standartlarla uyğunluğu uzunmüddətli perspektivdə qorumaqdır.