Audit

İkinci tərəf auditi (Maraqlı tərəflərin auditi)
İkinci tərəf auditi, təşkilatın hazırkı və ya potensial təchizatçılarının fəaliyyətini, təqdim etdiyi məhsul və xidmətlərin keyfiyyətini və mövcud idarəetmə sistemlərinin tələblərə uyğunluğunu obyektiv şəkildə qiymətləndirmək prosesidir. Bu audit, təchizatçının yerli qanunvericiliyə, beynəlxalq idarəetmə standartlarına və təşkilatın spesifik tələblərinə uyğun işlədiyini təmin etmək məqsədi daşıyır.
Təchizatçıların obyektiv qiymətləndirilməsi, məhsul və xidmətlərin keyfiyyətinin təmin edilməsinə, qanun pozuntuları və potensial risklərin qarşısının alınmasına, eləcə də uzunmüddətli və dayanıqlı əməkdaşlıqların qurulmasına xidmət edir.