
Global G.A.P. və Orqanik Kənd Təsərrüfatı Təlimi
Kənd təsərrüfatında qlobal standartlara uyğun şəkildə istehsalın təşkili və ekoloji cəhətdən təmiz məhsulların istehsalı üçün bilik və bacarıqlar vermək.
Təlimin Məzmunu:
- Global G.A.P. standartlarının tələbləri;
- Orqanik kənd təsərrüfatında istehsal üsulları;
- Pestisid və gübrələrdən düzgün istifadə qaydaları;
- Ekoloji davamlılıq prinsipləri və sənədləşmə prosesləri.
Təliminfaydaları:
· Kənd təsərrüfatı məhsullarının keyfiyyətini artırmaq üçün beynəlxalq tələblərlə tanışlıq;
· Orqanik məhsul istehsalı və təsərrüfatların daha davamlı şəkildə idarə olunmasının təmin edilməsi;
· Kənd təsərrüfatı məhsullarının istehsalını daha etibarlı və keyfiyyətli etmək;
· Global G.A.P. standartlarına uyğunluqla məhsulların bazarda rəqabət qabiliyyətini artırmaq.